Əhliman Əmiraslanovun oğlu Türkiyədə oğurlanıb? Buraxmaq üçün 10 milyon dollar istəyiblər, 5 milyona razılaşıblar
Türkiyədə azərbaycanlı deputatın oğlu oğurlanıb. Deputatdan oğlunun sərbəst buraxılması üçün 10 milyon dollar tələb olunub.
Gundeminfo.az Musavat.com-a istinadən xəbər verir ki, danışıqların nəticəsi olaraq oliqarx deputat (keçmiş yüksək vəzifəli məmur) oğlunun sərbəst buraxılması qarşılığında 5 milyon dollarından keçməli olub.
Deputatın oğlunu oğurlayanlar separatçı kürd qruplaşmasının üzvləri olublar.
Qeyd edək ki, oliqarx deputatın oğlu 5 milyon dollar ödənildikdən sonra sərbəst buraxılıb. Onun hazırda Bakıda olduğu bildirilir.
***
Bakupost.az saytı isə oğurlanan şəxsin Azərbaycan Tibb Universitetinin sabiq rektoru, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun oğlu Azər Əmiraslanov olduğunu yazıb.
Azər Əmiraslanov Türkiyədə geniş biznes şəbəkəsinə sahibdir. Onun bir neçə klinika və tibb sahəsi ilə bağlı biznes obyektləri var. A.Əmiraslanovun məhz geniş maliyyə imkanlarına görə maddi maraq üçün oğurlandığı bildirilib.
Qeyd edək ki, mətbuatda Əhliman Əmiraslanovun iki oğlunun olduğu haqda informasiyalar yer alıb. Onlardan fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanovun və qardaşı Azər Əmiraslanovun biznes şəbəkəsinə çoxsaylı tikinti şirkətləri, ticarət mərkəzləri, restoran və kafelər daxil olması barədə məlumat yer alıb.
“Kimlərsə sosial şəbəkələrdə yazır ki, guya Türkiyədə mənim oğlumu oğurlayıblar və 5 milyonun müqabilində buraxılıb. Tamamilə yalan məlumatdır. Belə bir söhbət yoxdur”.
Gundeminfo.az xəbər verir ki, bunu Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Əhliman Əmiraslanov oğlunun Türkiyədə oğurlanması barədə iddialara münasibətində deyib. Onun sözlərinə görə, ölkədə olmadığından bu barədə yaxınlarından eşidib.
Xatırladaq ki, yayılan məlumata görə, Türkiyədə biznes şəbəkəsi olan deputat oğlu Azər Əmiraslanovun buraxılması üçün 10 milyon dollar tələb olunub. Danışıqların nəticəsi olaraq deputat oğlunun sərbəst buraxılması qarşılığında 5 milyon dollarından keçməli olub.
590 dəfə oxundu