Deputatın oğurlanan oğlu haqda maraqlı məlumatlar: Türkiyəyə daşınan milyonlar...
Azərbaycan Tibb Universitetinin sabiq rektoru, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun oğlu Azər Əmiraslanovun Türkiyədə oğurlanması ilə bağlı xəbərlər ictimaiyyətdə geniş rezonans doğurub.
Tibb elmləri doktoru olan Əhliman Əmiraslanovun bioqrafiyasına nəzər yetirəndə Onun ATU-nun sabiq rektoru olması ilə yanaşı Azərbaycan Ali Sovetinə və Azərbaycan Milli Məclisinin IV, V və VI çağırış üzrə deputat seçilməsi də nəzərdən qaçmayıb.
Milli Məclisin Səhiyyə Komitəsinin sədri olan Ə. Əmiraslanovun siyasi karyerası ilə bərabər oğlanları barəsində də mətbuatda bir neçə məqalələr dərc olunub.
Yenisabah.az xatırladır ki, 2017-ci ildə “365.info” xəbər portalı millət vəkilinin oğlanlarının biznesi ilə bağlı araşdırma dərc etmişdi.
Yazıda qeyd olunurdu ki, həmin dövrdə milyonlarını Türkiyədə yatırmağa qərara alan Azər Əmiraslanovdan doğma dayısıoğlu Vüqar Bağırov da şikayət etmişdi. V. Bağırov şikayəti əsasında bildirmişdi ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sabiq sədri Arif Əsgərovun baldızıoğlu Emin Hüseynovdan 3,5 milyon ABŞ dolları alacağı var idi. Onun sözlərinə görə, A.Əmiraslanov bu pulu almaqda ona kömək etməyi təklif edib və pulu geri almağı bacarıb, lakin o, xalasıoğluna çatacaq 1 milyon 534 min dolları mənimsəyərək, borc qaytarmağa görə “qonorar” kimi qiymətləndirmişdi.
Xüsusilə də, o zamanlar Azər Əmiraslanovun Sloveniyadakı macəraları və Milli Məclisə aid maşın nömrələrini mənimsəməsilə bağlı dərc olunan məqalələrdən sonra, ictimaiyyətin diqqəti Əhliman Əmiraslanovun övladlarına yönəlmişdi.
Qeyd edək ki, Ə. Əmiraslanovun digər oğlu Tapdıq Əmiraslanov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavinidir.
Qayıdaq Azər Əmiraslanova. Həmin dövrdə “Legion” nəşrinin apardığı araşdırmalar nəticəsində məlum olub ki, Milli Məclisə məxsus 10 AA 439 dövlət qeydiyyat nişanı ilk dəfə “QAZ”-2411 markalı avtomaşına məxsus olub. Sonralar Milli Məclisin balansından çıxarılan 10 AA 439 dövlət nömrəsi Azər Əmiraslanova məxsus “Azər Türk Med” MMC-in balansına verilib. Sonra isə 10 AA 439 nömrəsi 17.04.2013 -cü ildə “Azər Türk Med” MMC-nin balansında olan 2008-ci buraxılış“Mercedes” S 350 L qara metal avtomobilə rəsmiləşdirilib.
Bundan sonra 90 AA 442 nömrəsi “Toyota LC 200” qara rəngli avtomobildə qeydiyyatdan keçib. 2010-cu il buraxılışı olan avtomobil “Azər Türk Med” MMC-nin balansına 17.06.2011 ci ildə rəsmiləşdirilib. Sonra isə 90 AA 442 nömrəsi 2008-ci il buraxılışı olan “Mercedes S 350 L” qara metal rəngli avtomobildə qeydiyyatdan keçirilib. Həmin maşın 03.08.2012 ci ildə “AzərTürk Med” MMC-nin balansına verilərək rəsmiləşdirilib.
Ən maraqlısı isə odur ki, 90 AA 442 nömrəsi, “AzərTürk Med” MMC-nin balansından çıxarılaraq, buraxılış ili 2005-ci il, ağ rəngli “Hyundai Sonata” markalı avtomaşına 17.04.2013-cü ildə rəsmiləşdirilərək Milli Məclisin balansına verilib.
Bundan savayı, Azər və Tapdıq Əmiraslanov qardaşlarına məxsus bir sıra avtomobil nömrələri də rəsmiləşdirilib və satılıb. Araşdırma nətiəcəsində məlum olub ki, 10 ZU 060 nömrəsi 2007-ci ildə “Subaru Forester”, 2008-ci ildə “Mercedes G 320” və “Toyota Land Cruiser”, 2010-cu ildə “Toyota LC 200”, 2011-ci ildə “Mercedes 500” avtomobillərində istifadə edilib. 2012-ci ildə isə 10 ZU 060 nömrəsi “Mercedes E 240” avtomobilində istifadə edilərək “Azər Türk Med” MMC-nin baş direktoru Vüqar Cavadovun adına keçir. Yenidən həmin il, yəni 2012-ci ildə 10 ZU 060 nömrəsi “Mercedes R 350” olaraq Azər Əmiraslanovun adına keçir. Həmçinin, qeyd edək ki, 10 KG 060 nömrəsi 2010-cu ildə “Mercedes S 350 L” avtomobillə birlikdə Azər Əmiraslanovun adına rəsmiləşdirilib. 2012-ci ildə 10 KG 060 nömrəsi “Mercedes E 240” avtomaşına verilərək Vüqar Cavadovun adına rəsmiləşdirilib. 2013-cü ildə isə həmin nömrə yenidən “BMW 750” markalı avtomaşına verilərək Vüqar Cavadovun adına rəsmiləşdirilir. 90 CP 060 nömrəsi isə 2008-ci ildə “Subaru Forester” avtomaşınına verilərək Azər Əmiraslanovun adına rəsmiləşdirilib.
Xatırladaq ki, həmin illərdə A. Əmiraslanov biznesini satışa çıxarmış, yerli banklarda olan pullarını isə hissə-hissə Türkiyədəki hesablarına transfer edirdi.
Məlumata görə, ölkə rəhbərliyinin qəzəbinə tuş gəlməkdən ehtiyat edən Əhliman Əmiraslanov oğluna tövsiyə etmişdi ki, qısa müddətdə biznesini Türkiyəyə daşısın.
Bundan sonra isə A.Əmiraslanovun sürətlə milyonlarını ölkədən çıxarmağa başladığı, Türkiyədə ard-arda daşınmaz əmlak almağa başladığı 2017-ci ildə bir sıra KİV-lər tərəfindən qeyd olunmuşdu.
Hətta verilən məlumatlara görə, A.Əmiraslanov vaxtilə ucuz qiymətə gətirilən tibbi ləvazimatların Azərbaycandakı dövlət xəstəxanalarına baha qiymətə satılması sahəsində də böyük təcrübə toplamış, həmin dövrdə isə Türkiyədə tibbi ləvazimatlar istehsal edən müəssisələrə yatırım etməyə hazırlaşdığı və bu barədə işgüzar görüşlər keçirdiyi də mətbuatda öz əksini tapmışdı.
485 dəfə oxundu