Mehdiyevlərin YENİ BİZNESİ: Novxanıda hektarlarla MEYVƏ BAĞLARI– FAKTLAR

Mehdiyevlərin YENİ BİZNESİ:
AMİA.AZ xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilən “Su qrafiki”nə görə Qalina Mehdiyevaya bu ilin may-sentyabr ayları ərzində 42 hektar meyvə bağını suvarmaq üçün 210 min kub metr su verilib.
Mehdiyevlərin YENİ BİZNESİ:


Qeyd edək ki, daha əvvəl Novxanı qəsəbəsində professor Qalina Mehdiyevaya məxsus böyük torpaq sahəsinin olduğu barədə məlumat vermişdik.

Kənd Təsərrüfatı Nazirliyinin 2015-2017-ci illər üçün açıqladığı məlumatlarda göstərilirdi ki, Novxanı kəndində subsidiya alan yalnız 2 fermer təsərrüfatı olub.

Onlardan biri Mehdiyeva Qalina Yuriyevnaya (113 hektar), digəri isə onun oğlu Mehdiyev Teymur Ramiz (42 hektar) oğluna məxsus olub. Rəsmi məlumatlarda göstərilirdi ki, bu iki şəxsdən başqa Novxanı kəndində subsidiya alan torpaq sahibi olmayıb.

Nazirliyin açıqladığı sonuncu “Su qrafiki”ndə isə göstərilir ki, hazırda Novxanı qəsəbəsində su növbəsində olan bir-neçə fermer təsərrüfatı var. Qeyd etdiyimiz kimi 42 hektar Qalina Mehdiyevaya, 100 kektar “AFH Everton”a, 131 hektar isə “Mərəndi” MMC-yə məxsusdur.

Məlumat üçün qeyd edək ki, “Mərəndi” MMC-nin də Ramiz Mehdiyevin ailə üzvlərinə məxsus olduğu bildirilir. Hazırda bu MMC-nin dövlət büdcəsinə böyük həcmdə - 572 min 21 manat 4 qəpik vergi borcu var. “Mərəndi” MMC bu il Novxanıda 100 hektar ərazidə üzüm bağına, 31 hektar ərazisdə isə zeytun bağına sahib olub.Yeniavaz.com



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
423 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...