Baba Rzayev işıq təsərrüfatından qazandıqları ilə istixanalar açıq - görəsən işıqpulu verirmi?

Baba Rzayev işıq təsərrüfatından qazandıqları ilə istixanalar açıq -
Zirə qəsəbəsində yerləşən “Zeytun yağı və süfrəlik zeytun istehsalı zavodu”nun sahibi olan “Zirə Aqropark” MMC (VÖEN – 1503134451) “Azərenerji” ASC-nin prezidenti olan Baba Rzayev ilə qohumluq əlaqələri olan şəxslərə məxsusdur. Düşünülə bilər ki, burada qeyri-adi heç nə yoxdur. DİA.AZ bildirir ki, amma qeyri-adi olanı məhz həmin şirkətin Baba Rzayevin rəhbərliyi altında olan qurum və idarələrdən davamlı olaraq büdcə milyonlarını tender formasında ələ keçirməsi faktlarıdır.

Qeyd edək ki, “Zirə Aqropark” MMC-nin bir il əvvələ qədər qanuni təmsilçisi olan Soltanov Ayaz Üzeyir oğlu eyni zamanda “FF Construston” MMC-nin (VÖEN – 1500616851) qanuni təmsilçisidir. “FF Construston” MMC-nin hüquqi ünvanı isə Baba Rzayevin kürəkəni Fərid Fərhadzadənin qeydiyyatda olduğu – Fətəli xan Xoyski pr., ev 134, m. 28-də yerləşir.

Fərid Fərhadzadə Fövqəladə Hallar Nazirliyi yanında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi olan general-mayor Rüfət Fərhadovun oğludur. Baba Rzayevin kürəkəni mətbuatda "Göknur Bakı Ltd” MMC-nin (VÖEN - 1500023181 ) müdiri kimi təqdim olunur. Bu şirkətin qanuni təmsilçisi isə Baba Rzayevin qardaşı Rahib Rzayevdir.

Bundan başqa “Zirə Aqropark” MMC-nin qeydiyyatada olduğu hüquqi ünvanda – Ziya Bünyadov, ev 2071-ci məhəllədə “GBS” QSC adlı (VÖEN-1500855231) şirkət də yerləşir. Bu şirkətə məxsus obyektlər də Zirədəki zeytun zavodu ilə eyni ərazidədir. Həmçinin “GBS” adı ilə başlayan başqa bir şirkətə - “GBS Constrasion Electro Mechanical Systems” MMC-yə (VÖEN - 1501472741 ) Baba Rzayevin digər qardaşı Emin Rzayev rəhbərlik edir.

Hər halda bu faktlar, indi də olmasa... yaxın gələcəkdə - Baba Rzayev silisə çəkiləndə hüquqi araşdırmaçıların işinə yarıyacaq...

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
457 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...