Astarada başçı yerli məmurları hədələyib - "Sizi mən qoruyuram"

Astarada başçı yerli məmurları hədələyib -
Keçən həftə Astarada rayon icra hakimiyyəti başçısı yanında müşavirə keçirilib.

Bu barədə rəsmi yayılan məlumata görə, rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyələr, idarə, müəssisə və təşkilat rəhbərləri ilə müşavirə keçirib:

"Müşavirədə “Rayonda payız-qış mövsümünə hazırlığın vəziyyəti” və “Erkən nikahların qarşısının alınması və yetkinlik yaşına çatmayanların hüquqlarının qorunması” məsələləri müzakirə edilib. Hər iki məsələ ilə əlaqədar arayışlar dinlənilmiş, mövcud problemlər və çatışmazlıqlar qeyd edilib.

İcra başçısı hər iki məsələnin aktuallığını bir daha vurğulayaraq bildirilib ki, məruzə və müzakirələrdən göründüyü kimi, bu istiqamətdə rayonda xeyli işlər görülmüş, lakin görüləsi işlərimiz də vardır. Aşkar olunan nöqsanların qısa zamanda aradan qaldırılmasından ötrü aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verən icra başçısı gələcəkdə xoşagəlməz halların baş verməməsi üçün hamılıqla bütün qüvvələrin səfərbər edilməsinin vacibliyini diqqətə çatdırıb".

Bu, müşavirənin rəsmən elan olunan tərəfi. Bununla bağlı daxil olan informasiyada isə qeyd olunur ki, sözügedən müşavirədə icra başçısı Qəzənfər Ağayev yerli məmurları uşaq kimi qabağına qoyaraq əməlli-başlı danlayıb.

Mənbə iddia edir ki, hətta icra başçısı yerli məmurlara: "Sizi mən qoruyuram, bir gün əlimi çəksəm, hamınız türmədə olarsınız" deyərək uyarıb da.

Məsələ ilə bağlı qarşı tərəfi də dinləmıəyə hazırıq .AZƏRBAYCANREALLIĞI.COM



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
620 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...