Ağaqardaş Qaraşov cənub meşələrinini necə məhv edir? - Muxtar Babayev hələ də görməzdən gəlir

Ağaqardaş Qaraşov cənub meşələrinini necə məhv edir? -
Yardımlı rayon Tilə kənd sakini Imanov Şakir Ağalar oğlu meşələrin məhv edilməsindən şikayətçidir.

Gundeminfo.az kanal1.az-a istinadən xəbər verir ki, şikayətçi Masallı, Yardımlı və Cəlilabad meşələrində “soyqırım” getdiyini bildirib. Onun sözlərinə görə, Meşələrin İnkişafı Departamentinin (MİX) sabiq rəisi Ağaqardaş Qaraşov cənub meşələrinini hər vəhclə öz nəzarətində saxlamağa çalışır:

“Çünki Qaraşov qudası Adil Quliyevlə birgə Masallıda bir neçə yerdə şərik mebel sexlərinə sahibdir. Odur ki, öz yaxın adamı olan, meşə sahəsinə yad bir kadr, hansı ki, ağacların cinsini belə tanımayan Nəsimi Nəsibovu Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinə direktor təyin etdirib. Nəsimi müəllim Ağaqardaşın göstərişi ilə və baş mühasib Mansur Nurəliyevin “dəllallığ”ı ilə Qaraşovun yaxın adamlar üçün istirahət mərkəzlərinə müqavilə bağlamağa (vaxtı artırmağa) köməklik edir.

Bir sözlə açıq-aşkar bazar açıblar.

Meşələr qırılır və bir başa Ağaqardaşın Masalıldakı sexlərinə daşınır. Masallıda 150-ə yaxın mebel sexi vardır, hansı ki, yerli meşə materialları ilə işləyir. Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin ödənilməyən 700 min manata yaxın borcu var. Dəfələrlə töhmət alan və ödənilməyən borcu olan cinayətkarlar hələ də iş başındadırlar.
Nəsimi direktor təyin olunandan sonra bir dəfə də olsun dövriyyədə olan əkinlərlə maraqlanmayıb. Əkinlər baxımsızlıqdan batıb.

Nəsimi müəllim keçirdiyi iclaslarda ancaq öz Bakıdakı biznesindən danışır”.

Şikayətçi qeyd edir ki, Ağaqardaş Qaraşovun Yeyənkənd meşəbəyliyinin 11 saylı dolayında balıq gölü var və hazırda həmin göldə balıq saxlanılır.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.







Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
512 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...