Rauf Mirqədirov son söz dedi, bəraət istədi

Rauf Mirqədirov son söz dedi,


Modern.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində “Ayna-Zerkalo” qəzetinin şərhçisi Rauf Mirqədirovun növbəti məhkəmə prosesi keçirlib.

R.Mirqədirovun vəkili Fuad Ağayev bildirib ki, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən qapalı prosesdə Rauf Mirqədirov son söz deyib. Özünü irəli sürülən ittihamlarda təqsirli bilməyən jurnalist məhkəmədən bəraət istəyib. Hakim məhkəmənin qeyri-müəyyən vaxta qədər təxirə salındığını elan edib. Qeyd edək ki, ötən məhkəmə prosesində dövlət ittihamçısı R.Mirqədirovun 7 il müddətinə azadlıqdam məhrum edilməsini istəyib.

Xatırladaq ki, R.Mirqədirovla bağlı istintaq Milli Təhlükəsizlik Nazirliyi tərəfindən aparılıb. R.Mirqədirov 2014-cü il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. Jurnalistə qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanıb. 3 ay müddətinə həbs qətimkan tədbiri seçilən R.Mirqədirovun həbs müddəti bir neçə dəfə uzadılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 201 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...