Sabah BDU-nun qarşısındakı yol açılacaq - FOTO

Sabah BDU-nun qarşısındakı yol açılacaq -

Yasamal rayonu Bəxtiyar Vahabzadə küçəsində də nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkəti üçün kompleks tədbirlər həyata keçirilir. Artıq küçənin Hüseyn Cavid prospekti ilə kəsişməsindən Mətbuat prospektinin kəsişməsinədək olan 517 metrlik hissəsində asfalt-beton örtüyünün son qatı salınır.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, işlərin tam olaraq sabah yekunlaşması planlaşdırılır. Bunun üçün əraziyə lazımi sayda texnika və canlı qüvvə səfərbər olunub.

Eni 13,4 metr olan küçənin sözügedən hissəsində 2 110 kvadrat metr sahə əsaslı, 4 918 kvadrat metr sahə isə orta təmir olunub. 8 və 7 santimetr olmaqla 2 110 kvadrat metr sahəyə alt asfalt qatı, ortalama 5 santimetr olmaqla 6 928 kvadrat metr sahəyə isə üst asfalt qatı döşənib. Bundan başqa ərazidə səth sularının normal axıdılması üçün yağış-kanalizasiya sistemi qurulub, zəruri olan yerlərdə yağış barmaqlıqları yerləşdirilib, 420 paqon-metr səki daşı yenilənib, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq 11 baxış qapağı dəyişdirilib.

Analoji işlər küçənin İnşaatçılar prospekti ilə kəsişməsindən Hüseyn Cavid prospektinin kəsişməsinədək olan təqribən 300 metrlik hissəsində də aparılır. Eni 10 metr olan küçənin sözügedən hissəsində təqribən min kvadrat metrlik hissəsində əsaslı, qalan 2 min kvadrat metrlik hissədə isə orta təmir işləri həyata keçirilir, yol boyu 300 paqon-metr səki daşı yenilənib. Bundan başqa, ərazidə kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları dəyişdiriləcək, yağış barmaqlıqları yerləşdiriləcək. İşlər tərtib olunmuş qrafik əsasında həyata keçirilir və vaxtında yekunlaşdırılması üçün lazım olan sayda texnika və canlı qüvvə səfərbər olunub.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 428 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...