Dövlət qurumlarının reytinqi üzrə monitorinq keçirilib
MC&S-in media monitorinq qrupu 01-31 dekabr 2016-cı il dövrü üzrə məlumatların hesabatına yekun vurub. Media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb. Media Consulting and Services-dən GUNDEMİNFO.AZ-a daxil olan məlumatda bu barədə bildirilir.
Qeyd edək ki, Şirkətin media monitorinq qrupu 10 Televiziya, 55 çap və 320 on-line media daxil olmaqla 385-dən çox mənbəni izləyir. Şirkət hazırda 20 sektorun, o cümlədən Enerji-yanacaq, Telekommunikasiya, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil, Dövlət qurumları və sair sahələrin media monitorinqini aparır.
Dekabr ayında sistemimizə səhiyyə sisteminə dair 9938 məlumat daxil olub. Məlumatların 72%-i ölkədə fəaliyyət göstərən klinika və xəstəxanalar, 17,1%-i Səhiyyə Nazirliyinin fəaliyyəti, 8,3 %-i Səhiyyə naziri Oqtay Şirəliyev, 2,5%-i Səhiyyə nazirinin müavini, digər 0,2%-i isə səhiyyə şöbəsi ilə bağlıdır.
Dövlət Gömrük Komitəsinə dair sistemimizə isə dekabr ayında 5132 məlumat daxil olub.
Qeyd edək ki, nəticələr şirkətimizin FB səhifəsində daha dolğun yerləşdirilib:
https://web.facebook.com/MediaConsultingServices/?fref=ts
Hesabatla bağlı daha ətraflı məlumat əldə etmək və almaq istəyən şəxslər [email protected] ünvanına və 012-5678461 telefon nömrəsinə müraciət edə bilərlər. Onu da qeyd edək ki, PRA şirkətimizin əsas tərəfdaşıdır və bir çox layihələrdə, o cümlədən media- monitorinq üzrə təhlildə əməkdaşlıq edir.
1 164 dəfə oxundu