İran Həcc ziyarətindən imtina edə bilər

İran Həcc ziyarətindən imtina edə bilər


İran bu gündən Səudiyyə Ərəbistanına qarşı sanksiyalar tətbiq etməyə başlayıb.

AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, İran Səudiyyə Ərəbistanında istehsal edilən istənilən məhsulun ölkəyə gətirilməsini və satışını qadağan edib. Daha əvvəl rəsmi Tehran Krallığın İranın Yəməndəki səfirliyini bombalamaqda ittiham edib.
`Forbes` jurnalı daha da irəli gedərək İranın Səudiyyə Ərəbistanın ərazisində yerləşən Məkkə və Mədinə şəhərlərinə hər il Həcc ziyarəti zamanı zəvvar göndərməkdən imtina edə biləcəyini yazıb.

Jurnalın məlumatına görə hər il 100 min İran vətəndaşı Böyük Həcc, 500 min iranlı isə Kiçik Həcc (ümrə) ziyarətində olur. Hər il Həccə gələn zəvvarların 5%-i iranlılar təkşil edir. “Forbes” xəbər verir ki, İranın bu dini ayindən imtina etməsi Səudiyyə Ərəbistanını büdcəsinə ağır zərbə vura bilər. Belə ki, iranlılar yalnız müqəddəs torpaqlara hər il getməklə Krallıq büdcəsinə təxminən 1 milyard dollar xeyir verir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 174 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...