Keçmiş prezidentin qardaşına 4 il həbs verildi

Keçmiş prezidentin qardaşına 4 il həbs verildi


Rumıniyanın keçmiş prezidenti Trayan Beseskunun qardaşı Mirça Besesku korrupsiya ittihamı ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.

APA-nın verdiyi məlumata görə, onun mülkünə həbs qoyulacaq və aldığı rüşvət 265 min avro dəyərində hesablanaraq mülkü dövlətin hesabına müsadirə ediləcək. Eyni işlə bağlı biznesmen Marian Kepetsıne də 3 il azadlıqdan məhrum edilib. Rumıniyada prezidentlik postunu 2014-cü ildə tərk edən T. Besesku isə məhkəmə qərarını ağır hesab edib və qardaşına mövcud qanunvericiliyə uğun olaraq etiraz etməyi məsləhət görüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
955 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...