"Mənim Bakı ilə heç bir əlaqəm yoxdur və ola bilməz" - Kasparov

 "Mənim Bakı ilə heç bir əlaqəm yoxdur və ola bilməz" -


Bakıda anadan olmuş şahmat üzrə 13-cü dünya çempionu Harri Kasparov chess-news.ru nəşrinin suallarını cavablandırarkən, Azərbaycana olan münasibətindən danışıb.

H.Kasparov deyib: “Mən 1990-cı ilin yanvar ayında Bakını tərk etməli oldum. Həmişə demişəm ki, paytaxtı Moskva olan ölkədə doğulmuşam, və SSRİ dağılandan sonra, paytaxtı Moskva olan ölkədə yaşamağa davam edirəm. Mənim üçün rus dili, rus mədəniyyəti və rus təhsili həmişə əsas olub.

Bizim ailədə müxtəlif millətlərin nümayəndələri var, Bakı digər respublikaların paytaxtından rus mədəniyyətinin təsirinin çox böyük olması ilə fərqlənirdi. Bu, ölkənin cənubunda yerləşən özünəməxsus imperiya “forpostu” idi.

Baxmayaraq ki, mənim pasportumda doğulduğum yer kimi Bakı göstərilib, mənim indiki Azərbaycanla heç bir əlaqəm yoxdur və ola da bilməz”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
999 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...