““İnter” 633 min avro ödəməlidir” - UEFA

““İnter” 633 min avro ödəməlidir” -


Bakı “İnter”inin yanvarın 31-nə qədər borclu olduğu futbolçuların pullarını ödəməyəcəyi halda UEFA tərəfindən cəzalandırılacağını xəbər vermişdik.

“Qafqazinfo”nun məlumatına görə, sayılı günlər qalsa da, paytaxt klubu hələ də məsələni həll etməyib. “İnter”in cəzalardan yaxa qurtarmaq üçün nə qədər pul ödəyəcəyi də maraqlıdır. Bununla bağlı UEFA ilə əlaqə saxladıq. Qitə futbol qurumundan saytımıza verilən məlumata görə, “bankirlər”in 633 min avro məbləğində borcu var. Klub cari ayın sonuna qədər bu pulu ödəmədiyi halda ciddi sanksiyalarla üzləşəcək.

1. "İnter" klubu sentyabrın 30-u 2015-ci ilə qədər ödəmədiyi 633 min avronu 31 yanvar 2016-cı il tarixinədək verməyəcəyi halda 3 mövsümlük (2016/2017, 2017/2018, 2018/2019) avrokuboklardan kənarlaşdırılacaq.
2. Əgər cərimələr vaxtında ödənməsə, üstünə 50 min avro da UEFA-dan cərimə gələcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 050 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...