ANS baş redaktoru məhkəməyə verdi

ANS baş redaktoru məhkəməyə verdi


ANS Teleradio Şirkəti Aznews.az saytının baş redaktoru Elçin Zahiroğlunu məhkəməyə verib. Baş redaktor Modern.az-a açıqlamasında bununla bağlı xəbəri təsdiqləyib.

O bildirib ki, ANS şirkətinin onu hansı səbəbdən dolayı məhkəməyə verməsi haqqında dəqiq məlumatı yoxdur:
“ANS şirkəti tərəfindən məhkəməyə verilməyimlə bağlı məktub bu gün mənə göndərilib. Məktubda məni yanvar ayının 2-dən etibarən məhkəməyə dəvət etdikləri də qeyd olunub. ANS şirkəti hər hansı bir yazı gedən kimi bizi məhkəməyə verir. Bu dəfə isə hansı yazıdan dolayı məhkəməyə verdikləri haqda dəqiq məlumatım yoxdur. Çox güman ki, son günlər ANS şirkətində kütləvi ixtisarlar bağlı dərc olunmuş yazılara görədir”deyə, E. Zahiroğlu vurğulayıb.

Baş redaktor onu da qeyd edib ki, məktubda onları şərəfin, ləyaqətin, işgüzar nüfuzun müdafiəsi ilə bağlı maddə ilə təqsirləndirildikləri qeyd olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 143 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...