Etibar Əliyev Texnikabank-da payını artırır

Etibar Əliyev Texnikabank-da payını artırır


"Bank Technique» ASC-nin əsas səhmdarı Etibar Əliyev Bank Technique-da payını 87,06%- dək artırır. Qalan pay belə bölünüb: Allahverdi Dəmirov 4,9%, Mircəfər Cabbarov - 8,04%.

«Bank Technique» ASC-nin nizamnamə kapitalı 75,1 mln manatdır. 2012-ci ilin I rübünə kimi (MTN əməkdaşları o vaxt Əliyevi həbs edib) çətinliyi olmayıb. Sonra biznesi əlindən alındı, 19 iyun 2013-cü ildə bakı Fond Birjasında 48 mln 565 min manat (48 565 səhm) məbləğində birjadankənar əqd imzalandı.

QKDK-nın normativinə zidd olaraq, alıcı barədə məlumat verilmədi. Turan-ın məlumatına görə, söhbət Adil Məmmədovun nəzarət etdiyi «World Wines», firmasının 75% səhmlərindən gedir. Hesabatda qeyd edilir ki, 23 aprel 2013-cü ildə «World Wines» və Lüksemburqda qeydiyyatda olan «Beaufort Investissements SA» korporasiyası arasında bankın səhmlərinin alınması barədə saziş imzalanıb.

Həmin ilin 10 mayında Lüksemburq şirkəti 10 mln 355 min manat ilkin ödəniş edib. 31 mart 2009-cu ildə qeydiyyata alınan «Beaufort Investissements SA» SC-nin Azərbaycan kökləri var. Bu ölkənin kommersiya şəxslərin reyestrində ( http://opencorporates.com/companies/lu/B145413 ) Azərbaycandan bir neçə nəfərin adı keçir.

Həmin ilin aprelində bankın digər səhmdarları 25% səhmin 11,58%-i satıb. 10% «Kazimir Caspian Fund Limited» şirkətinə, 15% -Etibar Əliyevə məxsus idi



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 357 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...