Aparıcı ilə "Space TV" arasındakı məhkəmədə qərar verildi

Aparıcı ilə "Space TV" arasındakı məhkəmədə qərar verildi
Xəbər verdiyimiz kimi, aparıcı Zamirə Dadaşova "Space TV"nin rəhbəri Vado Korovi məhkəməyə vermişdi.

Gundeminfo.az axşam.az-a istinadən bildirir ki, məlumatına görə, aparıcı məhkəmənin növbəti iclasının bu gün baş tutduğunu açıqlayıb. O bildirib ki, məhkəmədə qalib gəlib:

"Dostlar, bu dəfə də qalibəm. Bu gün Yasamal rayon məhkəməsində Vado Karovinə ("Space TV"nin rəhbəri - red.) qarşı iddia tələbim təmin edildi.

Məhkəmənin qərarı ilə Space MMC də işə bərpa olunmalı, işə bərpa olunan günə qədər bütün əməkhaqqım ödənilməli və vəkilə ödədiyim rüsumu da cavabdeh ödəməlidir. Sənədlərdə o qədər yanlışlıqlara yol veriblər ki, gördükcə şoka düşürəm".
Qeyd edək ki, Zamirə heç bir xəbərdarlıq edilmədən işdən çıxarıldığını, daha sonra isə əmək kitabçasının ona verilmədiyini bildirmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
552 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...