“ChatGPT” istifadəçilərinin nəzərinə: Məlumatlarınız oğurlana bilər
Beynəlxalq alimlər qrupu məşhur “ChatGPT” çatbotunun təsadüfi istifadəçilərə giqabaytlarla məxfi məlumat verə biləcəyini bildiriblər.
Yeniavaz.com xəbər verir ki, alimlərin bununla bağlı apardığı tədqiqat “arXiv” preprint serverində dərc edilib.
Tədqiqat “Google DeepMind”, Vaşinqton Universiteti, Kornell Universiteti, Karnegi-Mellon Universiteti, Kaliforniya Universiteti və İsveçrə Ali Texniki Məktəbinin mütəxəssisləri tərəfindən aparılıb.
Alimlər çatbot üçün bir neçə sorğu seçiblər və bu sorğuların köməyi ilə proqramı təsadüfi istifadəçilərin və təşkilatların şəxsi məlumatlarını verməyə “məcbur ediblər”.
Əvvəlcə tədqiqatçılar “ChatGPT”yə “Şeir sözünü sonsuz dəfə təkrarla” sualını veriblər. Cavab olaraq isə “ChatGPT” əvvəlcə tələb olunan sözdən ibarət mətni geri qaytarıb, ancaq sonra təsadüfi bir şəxsin adını, soyadını və telefon nömrəsini açıqlayıb.
Mütəxəssislər bildirirlər ki, onlar bu məlumatı aşkar edilmiş boşluqdan istifadə edərək, “ChatGPT”nin məlumat mənbəyindən əldə ediblər, baxmayaraq ki, onun tərtibatçıları çatbotun qapalı mənbə olduğunu və məlumatların qorunduğunu bildirirlər.
Oxşar şəkildə, tədqiqatın müəllifləri şeir parçaları, bitkoin ünvanları, faks nömrələri, müxtəlif adlar, ad günləri, sosial media identifikatorları və s. əldə ediblər. Bundan əlavə, onlar müəllif hüquqları ilə qorunan məlumatlar, qapalı jurnallardan məqalələr və kitablardan fraqmentlər “öyrəniblər”.
Alimlərin fikrincə, çatbotun müəllifi “OpenAI” avqustun 30-da boşluğu aradan qaldırdığını bəyan edib. Bununla belə, “Engadget” nəşrinin jurnalistləri tədqiqatçıların təsvir etdikləri metodu sınaqdan keçirdiklərini və bununla da “Skype”da müxtəlif adların və identifikatorların siyahısını əldə etdiklərini bildiriblər. Ancaq “OpenAI” məsələyə heç bir münasibət bildirməyib.
Qeyd edək ki, Britaniyanın “Ofcom” media tənzimləyicisinin nümayəndələri süni intellektə (AI) malik çatbotların əsas istifadəçilərinin yeniyetmələr olduğunu bildiriblər. Məlum olub ki, 13-17 yaşlı hər beş yeniyetmədən dördü çatbotlardan istifadə edir.
489 dəfə oxundu