AFFA "İnter"in borcunu UEFA-nın vəsaitindən çıxdı

AFFA "İnter"in borcunu UEFA-nın vəsaitindən çıxdı


“İnter” klubu üçün UEFA-nın ayırdığı müvafiq vəsait AFFA tərəfindən klubun hesabına köçürülüb.

Trend AFFA-nın saytına istinadən məlumat verir ki, klub üçün daxil olan ümumi vəsait 708.970 avro (2015/16 UEFA Avropa Liqası, uzun məsafəli səyahət üçün kompensasiya – 40.000 avro, 2015/16 UEFA Çempionlar Liqasında və 2015/16 UEFA Avropa Liqasında iştiraka görə ümumi ödənişlər (solidar ödənişlər) – 630.000 avro və Maliyyə Fair Play-inə əsasən ayrılmış vəsait – 38.970 avro) təşkil edir.

“İnter” PİK-in AFFA-ya olan borcları tutulduqdan sonra qalıq qalan 514.203 avro klubun hesabına köçürülüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
913 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...