Britaniya zooparkı söyüş söyən 5 tutuquşuna "tərbiyə verir"

Britaniya zooparkı söyüş söyən 5 tutuquşuna "tərbiyə verir"
Böyük Britaniyada zooparkın əməkdaşları tutuquşuların söyüş söyməsinin qarşısını almağa çalışırlar.

Qaynarinfo bu barədə CNN-ə istinadən xəbər verir.

Britaniyanın şərqindəki Linkolnşir Vəhşi Təbiət Parkına bağışlanan 5 tutuquşunun söyüş söydüyü deyilir. Zoopark işçiləri bu quşları digər tutuquşulardan təcrid ediblər ki, onlar da söyüş söyməyə başlamasınlar.

"Biz onları daşıyanda daşıyıcıları söyürdülər, bu fenomenal və çox pis, əsl söyüş idi", deyə zooparkın direktoru Stiv Nikols bildirib.

Onun sözlərinə görə, tutuquşuları sürüdən təcrid etmək öz bəhrəsini verir, lakin quşlar hələ də bəzən nalayiq sözlər işlədirlər və insan gülüşünə bənzər səslər çıxarırlar.

Nikols Stiv əlavə edib ki, indiyədək ziyarətçilərdən tutuquşuların söyüş söyməsi ilə bağlı ona heç bir şikayət daxil olmayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
523 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...