267 əcnəbi Azərbaycan vətəndaşı oldu

267 əcnəbi Azərbaycan vətəndaşı oldu


“Ötən il Azərbaycan Respublikası prezidentinin sərəncamları ilə 267 şəxs vətəndaşlığa qəbul, 9 nəfər isə bərpa edilib”.

Azvision.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev deyib. Onun sözlərinə görə, hesabat dövründə müraciətlər əsasında 53.200 şəxsə və onunla birlikdə immiqrasiya edən 18 yaşına çatmamış övladlarına Azərbaycan Respublikasında müvəqqəti və 2640 şəxsə daimi yaşama icazələri verilib, 885 şəxsin ölkə ərazisində müvəqqəti olma müddəti uzadılıb.

Onun sözlərinə görə, iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı ötən il ümumilikdə 105.550 şəxs tərəfindən müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.

Firudin Nəbiyev əlavə edib ki, ötən il əcnəbilər və vətəndaşlığı olmayan 26.567 şəxs tərəfindən inzibati qanunvericiliyin pozulması halı aşkar edilib və müvafiq tədbirlər görülüb: “Bundan başqa ötən il ölkədə qalma müddətinə müvafiq olaraq respublikamıza girişi qeydə alınmış əcnəbilərdən 670.326 nəfəri olduğu yer üzrə qeydiyyata alınıb”.

Xidmət rəisi bildirib ki, təkcə, xidmətin aparatında deyil, həm də regional miqrasiya idarələrində beynəlxalq standartalara cavab verən qəbul zalları ən müasir avadanlıqlarla təchiz edilib: “Azərbaycan brendi olan ASAN xidmət mərkəzlərində də DMX tərəfindən bir neçə xidmət növü təqdim olunur. Hesabat dövründə Xidmətin Çağrı mərkəzinə 99.439 telefon zəngi daxil olub. Xidmətə müraciət edənlərin məmnunluğunun təmin edilməsi, məsuliyyətlilik, operativlik və şəffaflıq əsas meyardır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 045 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...