“Azərişıq” texniki şərt üçün müraciət formasını elektronlaşdırıb

“Azərişıq” texniki şərt üçün müraciət formasını elektronlaşdırıb

“Elektron hökumət” portalında xidmətlərini təqdim edən dövlət qurumlarının sırasına yenisi qoşulub.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, artıq “Azərişıq” ASC “Texniki şərt üçün müraciət forması” elektron xidmətini portal üzərindən göstərməyə başlayıb. Sözügedən xidmət vasitəsilə elektrik təchizatına texniki şərtlərin verilməsi üçün quruma müraciət etmək olar.

Obyektin elektrik şəbəkəsinə qoşulması haqqında texniki şərtlərdə qoşulma nöqtələri, gərginliyin səviyyəsi, qoşulması nəzərdə tutulmuş gücə müvafiq olaraq mövcud şəbəkəni gücləndirmək haqqında əsaslandırılmış tələblər, elektrik enerjisinin keyfiyyət göstəricilərinə, reaktiv gücün kompensasiyasına və istehlakına verilən tələblər, elektrik enerjisinin uçotuna olan tələblər və s. göstərilir.

Bu elektron xidmətin “Elektron hökumət” portalına inteqrasiya olunması ilə portalda təqdim olunan xidmətlərin sayı 420-yə çatıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2 033 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...