ETSN "Azərsu"da nöqsanlar aşkarlayıb, cərimə yazıb

ETSN "Azərsu"da nöqsanlar aşkarlayıb, cərimə yazıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) "Azərsu"da nöqsanlar aşkarlayıb.

İqtisadiyyat.az xəbər verir ki, ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması məlum olub.

Buna görə də ETSN "Azərsu" barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 233.1-ci maddəsinə əsasən cərimə protokolu tərtib edib.

Daha sonra protokol baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib və iş hakim Hüseyn Hüseynlinin icraatına verilib.

Qeyd edək ki, ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
445 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...