İdmançımız birinci yeri tutdu - Dünya rekordu yeniləndi

İdmançımız birinci yeri tutdu -

Qəbələdə Heydər Əliyevin xatirəsinə həsr olunmuş olimpiya atıcılıq növləri üzrə beynəlxalq turnir davam edir. Yarışın ikinci günündə də azərbaycanlı idmançılar uğurla çıxış ediblər.

Qəbələdə olimpiya atıcılıq növləri üzrə II Beynəlxalq Qran-pri yarışlarının ikinci günündə mübarizə kişi idmançılar arasında davam edib. Stend atıcılığında İtaliya təmsilçisi Erminio Fraska rusiyalı olimpiya çempionu Aleksey Alipineni qabaqlayaraq qızıl medala sahib çıxıb. Turnirdə dünya rekordu yenidən təkrar olunub. Səngər stendi üzrə gənclər arasında keçirilən yarışda Azərbaycan idmançısı Əlimirzə Quliyev uğurlu çıxışı ilə rəqiblərini geridə qoyub və birinci yeri tutub.

Ümumi mükafat fondu 96,5 min ABŞ dolları olan yarışlara mayın 24-də yekun vurulacaq. (Region TV)


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 538 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...