Əziz Orucovun həbs müddəti yenidən uzadıldı

Əziz Orucovun həbs müddəti yenidən uzadıldı

"Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov barəsində seçilmiş həbs qətimkan tədbiri müddətinin yenidən uzadılması ilə bağlı məhkəməyə müraciət edilib.

Bu barədə "Qafqazinfo”ya təqsirləndirilən şəxsin vəkili Bəhruz Bayramov məlumat verib.

Prokurorun təqdimatına Səbail Rayon Məhkəməsində baxılıb.

Məhkəmə təqdimatı əsaslı hesab edib. Qərar əsasən, Ə.Orucovun həbsdə saxlanılma müddəti 3 ay uzadılıb.

Qeyd edək ki, Ə.Orucov Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 188.2-ci (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) maddəsi ilə ittiham edilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
533 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...