Mobil Göz Klinikasında 900-dən çox adam müayinə edildi

Mobil Göz Klinikasında 900-dən çox adam müayinə edildi

Müasir texnologiyalar və effektiv həllərin tətbiqi vasitəsilə insan həyatını asanlaşdırmağı hədəf seçən Azərbaycanın lider mobil operatoru Azercell Telekom MMC bu istiqamətdə öz fəaliyyətini davam etdirir.

Gundeminfo.az xəbər verir ki, "Azercell"in dəstəyi ilə valideyn himayəsindən məhrum uşaqlar üçün müayinə və profilaktikanın aparılmasını təmin edən “Mobil Göz Klinikası” ən müasir avadanlıqla təchiz olunub. Klinikanın xidmətlərindən, eyni zamanda, ahıllar, aztəminatlı ailələr və məcburi köçkünlər də yararlanır.

2019-cu il ərzində müayinədən keçənlərin 759-u uşaq və 142-si böyüklər olmaqla, cəmi 901 nəfər olmuşdur.

Xatırladaq ki, layihə çərçivəsində bütün müayinə və müalicə tədbirləri "Azercell"in dəstəyi ilə “Xəzər Qayğıkeşlik Layihəsi” İctimai Birliyi tərəfindən həyata keçirilir. Layihə çərçivəsində “Mobil Göz Klinkası” minlərlə insana xidmət göstərib.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
591 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...