1 milyon funt sterlinq qazanan bankir sendviç oğurlayıb

1 milyon funt sterlinq qazanan bankir sendviç oğurlayıb
ABŞ-ın “Citigroup” İnvestisiya Bankının illik 1 milyon funt sterlinq qazanan bankiri yeməkxanadan sendviç oğurlayıb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu şəxs hazırda bankın 31 yaşlı bankiri Paras Şahdır.
Məlumata görə, bankir oğurluqdan sonra iş müqaviləsi dondurulduğu üçün hazırda maaş da ala bilmir.
Qeyd edək ki, bank sektorunda bu ilk hadisə deyil. Bundan əvvəl Yaponiyanın “Mizuho” Bankında bir bankir dostunun velosipedindən dəyəri 5 funt sterlinq olan detalı oğurladığı üçün işdən qovulmuşdu.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
603 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...