Ramil Şeydayev Kürdəmirdə həmyerliləri ilə görüşdü

Ramil Şeydayev Kürdəmirdə həmyerliləri ilə görüşdü

Azərbaycan millisi və “Sabah” klubunun futbolçusu Ramil Şeydayev Kürdəmirə yollanıb.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, əslən Kürdəmirdən olan 24 yaşlı hücumçu doğma şəhərində həmyerliləri ilə görüşüb.
Kürdəmir şəhər stadionunda gerçəkləşən görüşə çoxlu sayda rayon sakini qatılıb. Şeydayev yerli sakinlərlə söhbət zamanı rayonda futbolun vəziyyəti ilə maraqlanıb və gənclərə öz tövsiyələrini verib.
Milli üzvü Kürdəmirdə futbola münasibətin qənaətbəxş olmadığını bildirib və bundan sonra mütəmadi olaraq rayona gələcəyini, gənclərə bu sahəyə mənəvi dəstək olacağını vurğulayıb.
Bundan başqa, Şeydayev gənc futbolçulara stimul olsun deyə, kiçik hədiyyələr də təqdim edib.
Hücumçu deyib ki, artıq neçənci dəfədir Kürdəmirə səfər edir və rayonun Cəyli kəndindəki qohum-əqrabası ilə görüşür. Kürdəmirdə olmağından məmnunluğunu ifadə edən forvard bundan sonra da tez-tez rayona gələcəyini bildirib.
Sonda Şeydayev rayon sakinləri ilə xatirə şəkilləri çəkdirib.


Ramil Şeydayev Kürdəmirdə həmyerliləri ilə görüşdü
Ramil Şeydayev Kürdəmirdə həmyerliləri ilə görüşdü



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
641 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...