Rusiyada Prezidentlik müddətinin ləğv olunması təklif edilir

Rusiyada Prezidentlik müddətinin ləğv olunması təklif edilir


Rusiyada Prezidentlik müddətinin qaldırılması təklif olunur.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu təkliflə Vahid Rusiya Partiyasından olan deputat Valentina Tereşkova çıxış edib.

Dövlət Dumasının bu gün keçirilən plenar iclasında çıxış edən V. Tereşkova bir şəxsin bir neçə dəfə prezident seçilməsinin vacibliyini, hazırkı prezident Vladimir Putinin yenidən prezident seçilməsinin Rusiya xalqı üçün önəmli olduğunu söyləyib.

Dumanın spikeri Vyaşeslav Volodin prezidentlik müddətinin qaldırılması və konstitusiyaya dəyişikliklərlə bağlı digər təklifləri Prezident Vladimir Putinlə müzakirə edib.

Hazırda Vladimir Putin konstitusiyaya edilən təkliflərlə bağlı Dövlət Dumasına gəlib, plenar iclasda çıxış edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
602 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...