Mövsümün ilk "Formula 1" yarışı ləğv oluna bilər

Mövsümün ilk "Formula 1" yarışı ləğv oluna bilər
"Formula 1" üzrə Avstraliya Qran-prisi koronavirusa görə ləğv oluna bilər.
"Report" xəbər verir ki, bu barədə Viktoriya ştatının baş naziri Daniel Endryus "Autosport" nəşrinə açıqlamasında bildirib. Onun sözlərinə görə, ölkədəki futbol liqasının və "Formula 1" yarışının ləğv edilməməsinin səbəbi hələ müvafiq sərəncamın imzalanmamasıdır. Ednryus belə bir sərəncamın verilməsinin mümkünlüyünü dilə gətirib.
Qeyd edək ki, Avstraliya Qran-prisinin 13 - 15 martda Melburn şəhərində keçirilməsi planlaşdırılır. 5 -7 iyunda isə Azərbaycan Qran-prisi təşkil olunmalıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
786 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...