“Neftçi”dən daha bir rüsvayçı addım - Fotofakt

“Neftçi”dən daha bir rüsvayçı addım -


“Neftçi”nin U-14 komandasının Rusiyanın Krasnodar şəhərində keçirilən “Dəri top” turnirində separatçı rejimi təmsil edən “Barsalan” (Cənubi Osetiya) və “Qudauta” (Abxaziya) klublarıyla qarşılaşdığı barədə məlumat vermişdik.

Komanda.az xəbər verir ki, ölkə mətbuatında bu xəbər yayıldıqdan sonra klub rəhbərliyi məsələni dərk edib. Ancaq “Neftçi” rəhbərliyi açıqlama vermək əvəzinə, əməllərini ört-basdır etməklə məşğuldu.

Belə ki, klubun rəsmi saytında əvvəlcə yarımfinalda və finalda qarşılaşdıqları komandaların Abxaziya və Cənubi Osetiyanı təmsil etdiyi göstərilsə də, dünən separatçı rejimlərin adı xəbərdən çıxarılaraq, yalnız komandaların adı saxlanılıb.

Ancaq “Neftçi” rəhbərliyi bir şeyi unudub. Belə ki, adıçəkilən turnir barədə Rusiya Futbol İttifaqının saytında da məlumat var. Burda isə “Barsalan” Cənubi Ostetiya, “Qudauta” isə Abxaziya komandası kimi göstərilib.


“Neftçi”dən daha bir rüsvayçı addım -
“Neftçi”dən daha bir rüsvayçı addım -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 058 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...