Rauf Mirqədirovun məhkəməsi başladı

Rauf Mirqədirovun məhkəməsi başladı


Jurnalist Rauf Mirqədirovun bu gün saat 15-ə təyin edilmiş məhkəməsi Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə başlayıb.

Bu barədə Musavat.com xəbər verir ki, məhkəməyə hakim Əlisultan Osmanov rəhbərlik edir. Əməkdaşımızın dediyinə görə, məhkəmənin gedişini izləmək üçün məhkəmə binasının önünə ölkənin tanınmış siyasətçiləri - MSDM rəhbəri İsa Qəmbər, Müsavat başqanı Arif Hacılı, vətəndaş cəmiyyətinin nümayəndələri və ictimai fəallar toplaşıblar.
Proses açıq olsa da, məhkəməyə gələn iştirakçıların əksəriyyəti zala buraxılmayıb.

Mətbuat nümayəndələri də prosesə məhdud sayda buraxılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 077 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...