Sabah ölkə mediası toplaşır – Səbəb

Sabah ölkə mediası toplaşır –


Sabah “Media və məsuliyyət: mövcud durum və perspektiv vəzifələrə baxış” mövzusunda dəyirmi masa keçiriləcək. Axar.az xəbər verir ki, tədbir Mətbuat Şurasının təşəbbüsü ilə reallaşacaq. Toplantıda qəzetlərin, informasiya agentliklərinin, həmçinin internet xəbər saytlarının baş redaktorlarının, jurnalist təşkilatları təmsilçilərinin, ictimai xadimlərin iştirakı nəzərdə tutulur.

Son günlər bəzi media orqanlarının, əsasən də internet informasiya resurslarının bir sıra dövlət qurumları ilə bağlı məlumat və şərhlərinin cəmiyyətdə yaratdığı vəziyyət müzakirə olunacaq. Bu müstəvidə jurnalist peşəkarlığının müxtəlif aspektlərinə nəzər salınacaq. Tədbir saat 15.00-da Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 192 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...