20 noyabr vertolyot qəzasından 24 il ötür - VIDEO

20 noyabr vertolyot qəzasından 24 il ötür -


Bu gün Azərbaycanın ən faciəvi hadisələrindən birinin 24-cü ildönümüdür.

1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Ermənistan Silahlı Qüvvələrinin atəşə tutması nəticəsində Azərbaycanın rəsmi şəxslərinin olduğu helikopter qəzaya uğrayıb. Nəticədə helikopterdə olan 22 nəfərin hamısı həlak olub.

Faciədə Azərbaycanın görkəmli dövlət və hökumət nümayəndələri, Rusiya və Qazaxıstandan olan müşahidəçilər - dövlət katibi Tofiq Kazım oğlu İsmayılov, Baş prokuror İsmət İsmayıl oğlu Qayıbov, dövlət müşaviri Məhəmməd Nəbi oğlu Əsədov, Baş nazirin müavini Zülfi Saleh oğlu Hacıyev, deputatlar Vaqif Cəfər oğlu Cəfərov və Vəli Hüseyn oğlu Məmmədov, Prezidentin İcra Aparatının şöbə müdiri Osman Hüseyn oğlu Mirzəyev, nazir müavini Qurban Hüseyn oğlu Namazəliyev, DQMV prokuroru İqor Aleksandroviç Plavski, DQMB Daxili İşlər İdarəsinin rəisi Vladimir Vladimiroviç Kovalyov, Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi Sergey Semyonoviç İvanov, fövqəladə vəziyyət rayonunun komendantı Nikolay Vladimiroviç Jinkin, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Dasumoviç Serikov, milis general-mayoru Mixail Dmitriyeviç Lukaşov, polkovnik-leytenant Oleq Nikoloyeviç Koçerev, dövlət katibinin köməkçisi Rafiq Məmməd oğlu Məmmədov, telejurnalist Alı Mustafa oğlu Mustafayev, AzTV-nin işıqçısı Arif İsmayıl oğlu Hüseynzadə, videooperator Fəxrəddin İbrahim oğlu Şahbazov, vertolyot heyətinin komandiri Vyaçeslav Vladimiroviç Kotov, heyət üzvləri Gennadi Vladimiroviç Domov, Dmitri Borisoviç Yarovenko həlak olublar.
20 noyabr vertolyot qəzasından 24 il ötür -


Üstündən iyirmi iki il keçməsinə baxmayaraq, hadisə ilə bağlı bir sıra qaranlıq məqamlara bu günə qədər aydınlıq gətirilməyib. Məsələn, nə üçün bu qədər dövlət rəsmisi eyni zamanda bir helikopterdə toplanıb? Nə üçün döyüş zonasında mühafizə üçün onu hərbi helikopter müşayiət etməyib? Uçuşun dəqiq marşrutunu ermənilər haradan bilirdi? Yeri gəlmişkən, həmin məlumata yalnız Qarabağda sovet silahlı qüvvələrinin komandanlığı malik idi. Helikopterin vurulduğu raketin mənbəyi də məlum deyil. Qarabağda o zaman ən çox istifadə edilən silah təyyarəvuran zenit raketləri və eyninövlü “Alazan” raketləri idi. İstilik raketlərindən istifadə edilmirdi. Aviaqəzalarda bütövlüyünü saxlayan və zədəsiz qalan qara qutudakı lentin "yanması" da qaranlıq məsələdir.

20 noyabr vertolyot qəzasından 24 il ötür -


Bu terror aktı ilə erməni separatçıları özlərinin terrorçu mahiyyətini bir daha sübut etdilər. Faktla bağlı 1991-ci ildə Azərbaycanın Hərbi Qarnizon Prokurorluğu tərəfindən cinayət işi açılmış, istintaqın aparılması Respublika Prokurorluğuna verilib. Hazırda isə cinayət işi üzrə istintaq dayandırılıb. Buna səbəb terror aktının baş verdiyi ərazinin Ermənistan silahlı qüvvələrinin işğalı altında olmasıdır.

Qəzadan 24 il sonra hadisə şahidlərinin dedikləri.

Jurnalist Mais Məmmədov: “Səhər tezdən qatı duman vardı. Hətta bu dumana görə biz çətinliklə gəlib ora çatdıq. Gördük ki, orada nə bir zirvə, nə bir dağ var. Odur ki, bu məsələdə hər hansı dağdan, təpədən danışmaq olmaz”.

1991-ci ildə Respublika Prokurorluğunun istintaq idarəsinin rəisi Adil Ağayev: “Kimsə helikopterə avtomat silahdan atəş açmışdı və helikopter zədələnmişdi. Atəş zamanı helikopter idarə edən pilot iki güllə yarası almışdı. Pilot aldığı güllə yarası nəticəsində helikopteri idarə edə bilməmiş, yerə düşərək partlamışdı”.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 403 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...