Bakıda “London taksiləri”nin rəngi dəyişdirilib

Bakıda “London taksiləri”nin rəngi dəyişdirilib


“Bakı 2015” Avropa Oyunları zamanı ölkəyə gətirilən 200 ədəd ağ rəngli “London taksisi”nin istismara veriləcəyi deyilsə də, paytaxtda həmin avtomobillərə rast gəlinmir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı Modern.az saytına deyib ki, həmin taksilər “Bakı Taksi Xidməti”nin istifadəsindir:

“Avropa Oyunları zamanı həmin taksilərin üzərinə yarışların əhval-ruhiyyəsinə uyğun olaraq ağ rəngli vinil materialı yapışdırılmışdı. Əslində taksilər bənövşəyi rəngdədir. Oyunlar bitdikdən sonra həmin vinil materialı qoparıldı və bənövşəyi rəngdə oldular”.

Şəfa Mehmanqızı bildirib ki, üzərində sarı şahmat işarəsi olanlar həmin taksilərdir:

“Yaxın müddətdə “Bakı Taksi Xidməti”nin “qaynar xətt”i də fəaliyyətə başlayacaq, hazırda bunun üzərində iş gedir. “Qaynar xətt” taksilərin üzərinə də qeyd ediləcək. Sərnişinlər həmin nömrəyə zəng edərək, taksi sifariş edə biləcəklər. Bu taksilərin fərqi, üzərində sarı rəngli şahmat işarəsinin olmasıdır ki, oturan kimi sayğaca 3 manat yazılır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 088 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...