Sevil Nuriyeva Rəşad Məcidi və Aqil Abbası aşağıladı: “Siz bir heçsiniz”
Tanınmış telejurnalist Sevil Nuriyeva “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin Türkiyənin Rusiya hərbi təyyarəsini vurması ilə bağlı “Türkiyə Rusiyaya üzrxahlıq eləməlidir! Yanlış olub, deməlidir” fikrinə münasibət bildirib.
AzNews.az xəbər verir ki, o, özünün Facebook səhifəsində baş redaktoru kəskin tənqid edib: “Rəşad Məcidin “Türkiyə Rusiyadan üzr istəməlidir” bəyanatını şiddətlə qınayıram. Və sadəcə qınamıram, dostluğumu pozuram. Salamımı kəsirəm... Ümumiyyətlə, Türkiyə məsələsinə Rusiya, İsrail, İran, Əsəd, Gülən perspektivindən baxan hər kəsi... Susub zamanı gözləyənləri, baxım görüm nə olacaq, sonra danışaram deyənləri adam saymıram... Açığı, düşündüm ki, düşmənim belə hesab etmirəm - Bir HEÇSINIZ.”
S.Nuriyeva R.Məcidə dəstək olan millət vəkili Aqil Abbasa da “təşəkkür”ünü bildirib: “Mən anladım...Türkiyə Rusiyadan üzr istəməlidir deyənlər kimin şaykasıdır. Rəşad Məcidə dəstəyə qalxan millət vəkili sağ olsun, şaykan çözməmə yardım etdi...”
Qeyd edək ki, R.Məcid Rusiyanın hərbi təyyarəsinin Türkiyə tərəfindən vurulması olayına münasibət bildirib. O, “Türkiyə Rusiyadan üzrxahlıq etməlidir” - deyə qeyd edib. Millət vəkili Aqil Abbas isə Rəşad Məcidin fikirləri ilə razılaşdığını dilə gətirib: “Rəşad Məcid çox düz deyir, bəli, Türkiyə Rusiyadan üzr istəməlidir”.
1 340 dəfə oxundu