ABŞ səfirliyi BDU-da görüş keçirib

ABŞ səfirliyi BDU-da görüş keçirib


ABŞ-ın olkəmizdəki səfirinin mədəniyyət və təhsil işləri üzrə müşaviri Emi Peterson və təhsil proqramları üzrə mütəxəssis Raminə Mürşüdova Bakı Dövlət Universitetində olub. BDU-nun mətbuat xidmətindən GUNDEMİNFO.AZ-a verilən məlumata görə, Xarici tələbələrlə iş üzrə dekan Gülheyran Rəhimova qonaqlara universitetin beynəlxalq əlaqələrindən danışıb. Beynəlxalq layihələr şöbəsinin müdiri Elmira İsmayılova, Radio və televiziya jurnalistikası kafedrasının müdiri Aynur Kərimova ilə görüşdə “Fulbright” mütəxəssis proqramı haqqında məlumat verilib.

Həmçinin 2016-cı ilin may-iyun aylarında keçiriləcək Peşəkar inkişaf dərəcə proqramları, “Fulbright” elmi-tədqiqat səfər proqramı, Peşəkar inkişaf qeyri-dərəcə proqramları, peşəkarlar üçün “SUSİ” proqramı, tədrisdə müvəffəqiyyət və nailiyyət proqramı haqqında da müzakirələr aparılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 133 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...