“ASAN xidmət” şagirdlərə şəxsiyyət vəsiqəsi verdi
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi vətəndaşlara yerlərdə daha rahat, yeni və innovativ üsullarla xidmətlər göstərmək məqsədi ilə müxtəlif tədbirlər həyata keçirir.
Sumqayıt şəhərində fəaliyyət göstərən “ASAN xidmət” Mərkəzinin “Sənədsiz məktəbli qalmasın!” adlı layihəsi də bunlardan biridir. Layihə çərçivəsində orta ümumtəhsil məktəblərində təhsil alan şagirdlərə ilk dəfə şəxsiyyət vəsiqələri təqdim olunur. Layihənin məqsədi şagirdlərin təhsildən yayınmadan, əlavə vaxt itkisinə yol vermədən operativ və rahat şəkildə xidmətdən istifadə etmələridir.
Noyabrın 26-da Sumqayıt şəhər 1 saylı tam orta məktəbdə şəxsiyyət vəsiqələrinin verilməsi məqsədi ilə aksiya təşkil olunub. Sumqayıt “ASAN xidmət” Mərkəzinin rəhbəri Ramal Sabirli AZƏRTAC-a bildirib ki, 1 saylı tam orta məktəbdə 1745 şagird təhsil alır. Dörd gün ərzində onların sənədlərinin qəbulu nəzərdə tutulub. “ASAN xidmət”də fəaliyyət göstərən Respublika Diaqnostika Mərkəzinin əməkdaşları tibbi arayışın verilməsi üçün qan qrupu, boy və göz rəngini yerindəcə təyin edirlər.
R.Sabirlı qeyd edib ki, layihənin uğurla həyata keçirilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyəti, şəhər Təhsil Şöbəsi, Respublika Diaqnostika Mərkəzi və “Muğanbank” “ASAN xidmət”ə dəstək olurlar. Elə həmin gün sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi tipli internatda da 96 şagirdə şəxsiyyət vəsiqələri verilib. Layihə noyabrın 24-dən mayın 1-dək 47 məktəb üzrə 50 minə yaxın şagirdi əhatə edəcək.
Bundan başqa Sosial aksiya çərçivəsində artıq Sumqayıt şəhər Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi tipli internat-məktəbində 96 şagirdə şəxsiyyət vəsiqələri təqdim
edilib.
2 278 dəfə oxundu