MTRŞ: "Xoşqədəm özünü..."

MTRŞ: "Xoşqədəm özünü..."


Təhsil mövzusu cəmiyyətdə daim müzakirə olunan olduğu üçün onun ətrafında müzakirələrin qızğın olması hardasa başadüşüləndir. Bunu Report-a Milli Televiziya və Radio Şurasının (MTRŞ) şöbə müdiri Təvəkkül Dadaşov ANS televiziyasının 24 yaşının tamam olduğu gün Xoşqədəm Hidayətqızının "Deməsəm olmaz" verilişində yaşananlarla bağlı münasibətini bildirərkən deyib.

Şöbə müdirinin sözlərinə görə, aparıcının hətta ona da ixtiyarı var ki, iştirakçılar mövzudan uzaqlaşanda onları mövzuya qayıtmağa dəvət etsin: "Çünki aparıcı istəyir ki, efir vaxtından səmərəli istifadə olunsun. Lakin müzakirə olunan mövzuda özünü mütəxəssis və bəzən də ittiham tərəfi kimi göstərmək aparıcının işi deyil. Yəni aparıcı ekspertləri dəvət edibsə, onları danışdırmalı, onların öz fikirlərini ortaya qoymasına şərait yaratmalıdır. Yoxsa, müvafiq qurumların təmsilçilərini, təcrübəli ekspertləri az qala danlayırmış kimi mövqe tutmaq aparıcının vəzifəsi deyil".

Şöbə müdiri bu cür məqamlarda aparıcıların həssas olmasının vacib olduğunu vurğulayıb.

Onun sözlərinə görə, Şura tərəfindən yayımı dayandırılmış bəzi verilişlərdə aparıcının problemi müzakirə olunan insanlarla məhz bu cür davranışları da diqqəti cəlb edirdi.

Şöbə müdiri verilişlərdə təhsil kimi ciddi mövzuların müzakirəyə çıxarılmasının müsbət tendensiya olduğunu da əlavə edib.

Qeyd edək ki, noyabrın 26-da Xoşqədəm Hidayətqızının efirə gedən "Deməsəm olmaz" verilişində ekspert qismində dəvət olunan professor Əjdər Ağayev, ekspert Etibar Əliyev və Təhsil Nazirliyinin iki nümayəndəsinə hörmətsizlik olunduğu bildirilir. Belə ki, verilişdə aparıcı tərəfindən qonaqların sözü kəsilib, fikirlərini tam çatdırmalarına icazə verilməyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 351 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...