Hamı baş nazirin corablarına baxıb gülürdü - FOTO
Dünyanın ən cazibədar nazirlərindən olan Kanadanın baş naziri Castin Tryudo yenə diqqət mərkəzinə düşə bilib. Bu dəfə onu maraq dairəsinə salan isə corabları olub. ANS PRESS-in məlumatına görə, o, Ottavada nazirlərin toplantısında üzərində yarpaqlar əks olunmuş qırmızı corab geyinib. Corabların bu qədər maraq oyatmasına səbəb isə onun Kanada bayrağına oxşarlığı olub. Rəngi və bəzəyi ilə kameraların obyektivindən yayınmayan corablar növbəti dəfə Kanada baş naziri müzakirə mövzusuna çevirib.
Kanada baş nazirinin corabları
44 yaşlı Castin Tryudo bundan əvvəl Hindistan-Kanada assosiyasiyasının şənliyində hindli rəqqasələrlə rəqsi onu sosial şəbəkədə məşhurlaşdırıb. Kanadanın tarixində Co Klarkdan sonra ikinci ən cavan baş nazir olan Tryudo Monrealda keçirilən tədbirdə Hindistanın milli geyimini geyinərək rəqs edib. Bundan öncə o qatıldığı G-20 sammitində ən çox diqqətçəkən şəxs olmuşdu. Belə ki, Antaliyada keçirilən sammitdə ən çox selfi çəkdirilən şəxs olmuşdu.
Kanadanın 15-ci baş naziri Pyer Elliot Tryudonun oğlu olan Castin Tryudo Kanadanın Liberal Partiyasının lideridir. 2015-ci ildə Kanadada keçirilən parlament seçkilərində partiyanın qalib gəlməsi ilə Castin Tryudo da bu il noyabrın 4-dən bu vəzifəni tutur. Gənc nazir 2005-ci ildə keçmiş teleaparıcı və model Sofi Qrequarla ailə qurub. 2 oğlu və 1 qızı var.
1 574 dəfə oxundu