"O mütləq gələcək" - itkin düşən neftçinin anası

"O mütləq gələcək" -


“Dekabrın 4-də "Günəşli" yatağında 10 saylı buruqda baş vermiş qəzadan sonra itkin düşənlərdən biri də Mingəçevir sakni İnqilab Osman oqlu İsgəndərovdur”. Bu barədə hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, Mingəçevirdən deputat seçilən Aydın Mirzəzadə məlumat verib. O qeyd edib:

“29 noyabr 1957-ci ildə Mingəçevirdə anadan olub, ixtisasca nəqliyyatçıdır, ancaq axırıncı 10 ili dənizdə işləyib. İki övladı var, qızına bu ilin aprelində, oğluna isə sentyabr ayında toy edib. İnqilabın 10 gün əvvəl ad günü olub, o doğum günün dənizdə keçirib. Ona təbrik üçün zəng edənlərə " Ad günümü sahilə qayıdanda qeyd edərik" deyirmiş.

Anası Qəmərxanım Mingəçevirdə tanınmış və böyük hörməti olan ibtidai sinif müəlliməsidir. Bu gün zəng edib ona təssəlliverdim, ancaq ana hələ də oğlunun itkisinə inanmır. "O mütləq gələcək" dedi”.


"O mütləq gələcək" -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 074 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...