Ölkə məscidlərində həlak olan neftçilərin xatirələri yad edilir

Ölkə məscidlərində həlak olan neftçilərin xatirələri yad edilir


Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bütün ölkə məscidlərinə bazaar ertəsi dənizdə itkin düşən neftçilərin xatirəsini anma mərasimi düzənləmək tövsiyəsi verib.

Bu faciə ilə bağlı QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə həlak olanların ailələrinə, yaxınlarına, bütün Azərbaycan xalqına başsağlığı verib. QMİ sədri Azərbaycan xalqına, neftçilərin ailə üzvlərinə Allah-Təaladan səbr və məğfirət, yaralılara şəfa diləyib.

Bu günlər paytaxt Bakıda və respublikanın bütün bölgələrindəki məscidlərdə həlak olanların xatirələri yad ediləcək, Quran oxunacaq, ruhları üçün dualar olunacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 042 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...