İstanbulda hava limanında sərnişin təyyarəsi partladı

İstanbulda hava limanında sərnişin təyyarəsi partladı


İstanbul şəhərindəki Sabiha Gökçen Hava Limanında partlayış baş verib, iki nəfər xəsarət alıb. APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu gün yerli vaxtla saat 02.05-də “Pegasus” şirkətinə məxsus təyyarədə baş verən partlayışın səbəbi hələlik məlum deyil. Şirkətin yaydığı məlumatda hadisə zamanı təyyarədə insan olmadığı qeyd edilib. Xəsarət alan iki nəfər yaxınlıqdakı şirkətə məxsus başqa təyyarədə olub.

Hava Limanından bildirilib ki, hadisə aeroportun fəaliyyətində problem yaratmayıb, digər təyyarələrin reysləri vaxtında həyata keçirilib. İstanbul valisi Vasip Şahin faktla bağlı araşdırmaların davam etdirildiyini bildirib. Hadisə yerinə təhlükəsizlik qüvvələri cəlb olunub. Hava Limanına gələn bütün yollarda nəzarət gücləndirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 072 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...