“Nikol mühüm strateji əraziləri Azərbaycana verməyə hazırdır”

“Nikol mühüm strateji əraziləri Azərbaycana verməyə hazırdır”
“Ermənistan lideri beynəlxalq platformalarda təkcə ölkə daxilində deyil, məşhur yalançı, üzrxah, verdiyi vədlərin heç birini tuta bilməyən, davamlı yalan danışan şəxs kimi qəbul edilir. Bu, xaricdə onun haqqında geniş yayılmış fikirdir. Artıq onun sözünə inanmırlar və bu, Ermənistan üçün çox ciddi problemlər yaradır”.

KONKRET.az xəbər verir ki, bu fikirləri azərbaycanşünas erməni ekspert Tatev Ayrapetyan vurğulayıb.

O jurnalistlərə verdiyi müsahibəsində daha sonra deyib:

“Nikol Paşinyan və “Vətəndaş müqaviləsi” partiyası hakimiyyətə gəldikləri gündən Ermənistan vətəndaşlarına verdikləri vədi unudblar. Hazırda Paşinyan və onun komanda yoldaşlarının səsləndirdiyi tezislər onların hakimiyyətə gələrək ictimaiyyətə təqdim etdikləri partiya və həmçinin hökumətin proqramı ilə tamamilə ziddiyyət təşkil edir.

“Vətəndaş müqaviləsi” partiyasının 2021-ci il seçkiqabağı proqramında Qarabağ münaqişəsinin həlli ilə bağlı aşağıdakılar deyilirdi: “Yaxın illərdə bizim əsas vəzifəmiz fəlakətli müharibənin nəticələrinin aradan qaldırılması, o cümlədən Qarabağ ermənilərinin təhlükəsizliyinin təmin edilməsi və Qarabağ münaqişəsinin öz müqəddəratını təyinetmə prinsipi əsasında sülh yolu ilə və hərtərəfli həlli olmalıdır.

İndi Nikol Paşinyan tamamilə yeni plan icad edib ki, bu planla təkcə Qarabağ deyil, Ermənistan da Gürcüstan və İranı birləşdirən yollardakı mühüm strateji əraziləri Azərbaycana verməyə hazırdır və onun həyata keçirilməsi üçün mandatının olduğunu deyir.

Digər hal isə odur ki, Ermənistan özünü danışıqlardan kənarda qoyub və belə görünür ki, yalnız Qarabağ məsələsində bu, belədir. Əslində isə Nikol Ermənistanla bağlı danışıqlardan da kənarda qalıb. Azərbaycan mətbuatında çoxlu belə materiallar var ki, biz Ermənistanla deyil, Brüssel, Vaşinqton və ya Moskva ilə müqavilə bağlayacağıq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
522 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...