Türkiyə XİN-dən Laçın yolu ilə bağlı - Bəyanat
“Türkiyə Laçın yolu ilə bağlı uzun müddətdir davam edən müzakirələri diqqətlə izləyir və Azərbaycanın bu məsələ ilə bağlı haqlı narahatlığını anlayır”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı sonuncu bəyanatda bildirilir:
“Təəssüf ki, Azərbaycanın uzun müddətdir yüksək səslə səsləndirdiyi bu narahatlıqlar nəzərə alınmadı və nəticədə Azərbaycan öz suveren hüquqları çərçivəsində məqsədəuyğun hesab etdiyi tədbirləri həyata keçirdi.
Türkiyə bu fikirdədir ki, Laçın yolu ilə bağlı Azərbaycana qarşı tənqidlərə heç bir əsas yoxdur. Hazırda Laçın yolunda tibbi keçidlərin, eləcə də geniş material daşınması üçün əlverişli olan digər marşrutların təmin edilməsi Azərbaycan tərəfinin vicdanla maksimum səy göstərdiyinin əlamətidir.
Bizim Ermənistandan gözləntimiz təxribat xarakterli addımlardan çəkinmək, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımaq, Qarabağda erməni əhalisinin ehtiyaclarını ödəmək üçün “Ağdam-Xankəndi” və digər alternativ yollardan istifadəni dəstəkləmək, eləcə də Azərbaycanın erməni əhalisinin reinteqrasiyası səylərinə dəstək verməkdir.
Türkiyə hesab edir ki, regionda sülh və sabitliyin təmin edilməsi üçün dost və qardaş Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və humanitar səyləri dəstəklənməli, vəziyyəti gərginləşdirən hərəkətlərə yol verilməməlidir”, - bəyanatda bildirilir.
454 dəfə oxundu