"Türkiyənin dəstəyini hər zaman hiss edirik" - Prezidentin köməkçisi

"Türkiyənin dəstəyini hər zaman hiss edirik" -
"Türkiyə bizim qardaşımız, onun gücü bizim gücümüzdür. Hər zaman bir millət, iki dövlətik. Türkiyənin diqqət və qayğısını hər zaman yanımızda hiss edirik. Azərbaycan da həmişə qardaş Türkiyənin yanındadır".

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ağdamda türkiyəli jurnalistlərə açıqlamasında deyib.

Laçın yolunda erməni təxribatı barədə danışan H.Hacıyev Bərdə-Ağdam dəmir yolu və avtomobil yolunun tikintisi barədə məlumat verib: "Bərdə-Ağdam-Xankəndi yolu tarixən daima fəaliyyət göstərib. Bu yollar Qarabağın ermənilər yaşayan hissəsinə qədər çəkilir və hazırda üzərində dayanmışıq. Məhz bu gün üzərində dayandığımız yolu da Qarabağın erməni sakinlərinin Azərbaycanın iqtisadi, siyasi sosial inteqrasiyası kimi görürük. Biz Laçın yolunu inkar etmirik, amma digər yolların olması da yaxşı imkandır".

H.Hacıyev bildirib ki, hazırda reinteqrasiyadan başqa yol yoxdur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
440 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...