KİV: "Ərdoğan sentyabrın 8-də Rusiyada Putinlə görüşəcək"

KİV: "Ərdoğan sentyabrın 8-də Rusiyada Putinlə görüşəcək"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 8-də Rusiyaya səfər edəcək. “Report” xəbər verir ki, bu barədə xarici KİV Türkiyə rəsmilərinə istinadən bildirib.

R.T.Ərdoğan sentyabrın 8-də Rusiyanın dövlət başçısı Vladimir Putinlə görüşəcək. Rusiyanın TASS agentliyinin məlumatına görə, liderlər Soçidə bir araya gələcəklər. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) da bu məlumatı təsdiqləyib.

Prezidentlərin Ukraynadakı müharibəni, xüsusilə “Taxıl sazişi”nin bərpasını müzakirə edəcəkləri gözlənilir. Xatırladaq ki, daha əvvəl Türkiyə liderinin sentyabrın ayın 4-də Rusiyaya gedəcəyi və Soçidə V.Putinlə bir araya gələcəyi bildirilmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
472 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...