“BBC News”da Qarabağ müzakirələri: Britaniyalı hüquqşünas Okamponun soyqırımı iddialarını əsassız adlandırıb

“BBC News”da Qarabağ müzakirələri: Britaniyalı hüquqşünas Okamponun soyqırımı iddialarını əsassız adlandırıb

“BBC News”da Qarabağdakı vəziyyət müzakirə olunub.

APA xəbər verir ki, britaniyalı hüquqşünas Rodney Dikson “BBC News”un əməkdaşına müsahibəsində bildirib ki, Beynəlxalq Ədalət Məhkəməsinin sabiq baş prokuroru Luis Moreno Okamponun Qarabağla bağlı rəyi ciddi ittihamlardır.

O bildirib ki, Qarabağda vəziyyəti "soyqırımı" ilə müqayisə etmək doğru deyil və Okamponun bu ərazidə "soyqırımı" törədilməsini sübut etməyə faktı yoxdur.

"Siz "soyqırımı törədilir" kimi ittihamlar irəli sürə bilməzsiniz, əgər əlinizdə fakt və sübutlar yoxdursa. Çünki biz tarixi əsaslara dayanaraq bu anlayışın necə vacib olduğunu bilirik. Bu ittiham üçün aydın sübutlar olmalıdır. Və nəzərə alsaq ki, Azərbaycan hökuməti Ağdam yolu vasitəsilə Qarabağdakı əhaliyə ərzaq təklif edir. Bu o yoldur ki, həm BQXK, həm də Aİ deyib ki, istifadə oluna bilər".

Britaniyalı hüquqşünas deyib ki, bir tərəfin qarşı tərəfə ərzaq yardımı təklif etdiyi faktını nəzərə alsaq, rasional və hüquqi perspektivdən hər hansı soyqırımı niyyəti görünmür.

Cənab Dikson nəzərə çatdırıb ki, alternativ yol vasitəsilə ərzağı hökumət deyil, humanitar qeyri-hökumət təşkilatı təklif edir.

O xatırladıb ki, Laçın-Xankəndi yolu da iyun-iyul ayları ərzində tam fəaliyyət göstərib və beynəlxalq təşkilatlar hazırda da bu yoldan istifadə edir.

"Mənim demək istədiyim odur ki, vacib sübut var və sözügedən hüquqşünas (Luis Moreno Okampo nəzərdə tutulur-red.) ərazidəki mülki əhalinin məqsədli şəkildə fiziki olaraq məhv edilməsi kimi ciddi ittihamı irəli sürərkən bunu nəzər almalıdır”.

“Bu, çox ciddi ittihamdır. Ərzaq təklifi və çatdırılması üçün yollar açıq olduğu halda siz belə bir ittiham irəli sürə bilməzsiniz. Bu ziddiyyətlidir.

Belə iddialar və ittihamlar vəziyyəti daha da çətinləşdirir və alovlandırır. Mənim nəticəm odur ki, tərəflər arasında həll olunacaq məqamlar var və BMT Təhlükəsizlik Şurası da bəyan edib ki, həll yolu tapılmalıdır. Amma vəziyyəti "soyqırımı" adlandırmaq tərəflərin bir araya gələrək, həll yolları tapması ilə bağlı vəziyyəti çətinləşdirir. Ona görə də mən qətiyyətlə bildirirəm ki, "soyqırımı" müqayisəsi istifadə olunmamalıdır Bu, tərəflərin bir masaya oturaraq məsələni həll etməyindənsə vəziyyəti daha da qızışdırır", - deyə Dikson vurğulayıb

Müzakirə zamanı azərbaycanlı politoloq Orxan Amaşov isə xatırladıb ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti əraziyə 40 ton ərzaq yardımı göndərsə də, yük hələ də Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə giriş əldə etməyib. "Yerdə humanitar vəziyyəti qiymətləndirmək üçün onlar orada olmalıdır", - Orxan Amaşov deyib.

O bildirib ki, Qarabağda bir qrup insan bütün imkanlardan istifadə etdiyi halda, digərləri müəyyən çətinliklərlə üzləşə bilər və Azərbaycan tərəfi onların problemini həll etmək üçün yardım təklif edir: "Qarabağdakı separatçı rejim ərzaq məsələsini siyasiləşdirir. Laçın yolu hazırda qismən açıqdır, tibbi yardım və çatdırılmalar həyata keçirilir. Biz anlamalıyıq ki, niyə Laçın yolu böyük humanitar konvoyların keçməsi üçün uyğun deyil, çünki orada böyük təhlükəsizlik riskləri var. Həmin ərazidə iyul ayında atışmalı insident oldu. Həmçinin, iyul ayında BQXK-nin maşınlarından Qarabağa qaçaqmalçılıq etmək üçün cəhd edildi".

Orxan Amaşovun sözlərinə görə, iyul ayında razılaşma olub ki, həm Laçın, həm də Ağdam yolundan - hər ikisindən istifadə olunmalıdır: "Ancaq fakt ondan ibarətdir ki, hazırda Laçın yolu tibbi məqsədlər üçün açıqdır, amma Ağdam yolu açıq deyil. Bu, ərazi bütövlüyü və suverenlik məsələsidir".

Analitik onu da qeyd edib ki Azərbaycanın Laçın yolunda yoxlama məntəqəsini yaratmasının əsas səbəbi bu yoldan Ermənistan tərəfinin Qarabağa hərbi silah və sursat daşıması ilə bağlıdır.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
497 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...