Hansı partiyalar Ədliyyə Nazirliyində yenidən qeydiyyatdan keçib? (SİYAHI)

Hansı partiyalar Ədliyyə Nazirliyində yenidən qeydiyyatdan keçib?

Ədliyyə Nazirliyinə yenidən qeydiyyat üçün müraciət edən 27 siyasi partiyadan 12-i dövlət qeydiyyatına alınıb.

Bunlar Yeni Azərbaycan Partiyası (sədri prezident İlham Əliyev), Ağ Partiya (sədri Tural Abbaslı), Böyük Azərbaycan Partiyasının (sədri Elşad Quliyev), Vətəndaş Həmrəyliyi Patiyası (sədri Milli Məclisin deputatı Sabir Rüstəmxanlı), Milli Dirçəliş Hərəkatı Partiyası (sədri Fərəc Quliyev), Milli Cəbhə Partiyası (sədri Milli Məclisin deputatı Razi Nurullyaev), Ana Vətən Partiyası (sədri Milli Məclisin deputatı Fəzail Ağamalı), Haqq Ədalət Partiyası (sədri Əli İnsanov), Azərbaycan Milli İstiqlal Partiyası (sədri Arzuxan Əlizadə), Ümid Partiyası (sədri İqbal Ağazadə), Yeni Zaman Partiyasıdır (sədri Musa Ağayev).

Məlumat üçün qeyd edək ki, Azərbaycan müstəqilliyini əldə etdikdən (18 oktyabr 1991-ci il) sonra 66 siyasi partiya dövlət qeydiyyatına alınıb. Bunlardan 1993-cü ildə iki partiya məhkəmə qaydasında ləğv edilib. 2021-ci ildə 6 partiya iqtidarda olan Yeni Azərbaycan Partiyasının sıralarına qoşulduğunu bildirib. Bundan sonra qeydiyyatda olan 58 siyasi partiya var idi.

"Siyasi partiyalar haqqında" yeni qanun qəbul edildikdən sonra bu siyasi partiyalardan 31-i ləğv edilməsi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edib.

Qalan 27 siyasi partiya Ədliyyə Nazirliyində yenidən qeydiyyatdan keçmək üçün sənədlərini təqdim edib. Onlardan indiyədək yalnız 11 siyasi partiya yenidən dövlət qeydiyyatına alınıb.//Musavat.com



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
411 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...