Əhməd Oruc Ədliyyə Nazirliyindən cavab gözləyir

Əhməd Oruc Ədliyyə Nazirliyindən cavab gözləyir
Azadlıq Partiyası avqustun 21-də yenidən qeydiyyatla bağlı Ədliyyə Nazirliyinə müraicət edib. Bunu Modern.az-a açıqlamasında Partiyanın sədri Əhməd Oruc bildirib.

O deyib ki, Nazirlik hələ də onlara cavab verməyib.

"Ədliyyə Nazirliyinə ikinci dəfə müraciətimizi avqustun 21-də etdik. Təqdim etdiyimiz siyahıda üzvlərin sayı 5800-dən çoxdur. Lakin hələ də bir cavab gəlməyib", - partiya sədri vurğulayıb.

Qeyd edək ki, Nazirlik partiyanın ilk müraciətinə mənfi cavab vermişdi. Xatırladaq ki, Azərbaycanda siyasi partiyaların təkrar qeydiyyata alınması prosesi həyata keçirilir. Rəsmi məlumata görə, 27 siyasi partiya üzvlərinin siyahısını nazirliyə təqdim edib. Partiyaların əksəriyyətinə Ədliyyə Nazirliyindən müsbət cavab verilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
465 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...