“Daha Moskvaya öz təhlükəsizliyimizin qarantı kimi arxalana bilmərik” - Paşinyan

“Daha Moskvaya öz təhlükəsizliyimizin qarantı kimi arxalana bilmərik” -
“Ukraynadakı hadisələr o deməkdir ki, Azərbaycanla açıq münaqişəyə qayıtmaq qorxusu artsa da, Ermənistan artıq Moskvaya öz təhlükəsizliyinin qarantı kimi arxalana bilməz”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Politico”ya müsahibəsində bildirib.

“Ukraynadakı hadisələr nəticəsində Rusiyanın imkanları dəyişdi”, - deyə baş nazir bildirib.

Paşinyan, həmçinin, Moskvanın ötən il Ukraynada münaqişə başlayandan bəri Kreml üçün strateji əhəmiyyəti artan Azərbaycan və onun yaxın müttəfiqi Türkiyəni özündən uzaqlaşdırmaqdan çəkindiyini etiraf edib.
Onun sözlərinə görə, Ermənistanın strategiyası bu vəziyyətdə başqalarından asılılığını mümkün qədər azaltmağa çalışmaq olmalıdır.

“Biz müstəqil, suveren ölkəmizin olmasını istəyirik, lakin Qərblə Şərq, Şimal və Cənub arasında toqquşmaların ortasında qalmamağın yolları olmalıdır. Ermənistan proksiyə çevrilməməlidir. Bu, qəbuledilməzdir”, - deyə Paşinyan bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
540 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...